İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağdamda tərk edilmiş mövqelərdən silah-sursat tapılıb

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən işğaldan azad edilmiş ərazilərdəki tərk edilmiş mövqelərdən silah-sursatın və partlayıcı vasitələrin toplanması istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Musavat.com-a verilən məlumata görə, Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları rayonun Çullu kəndi ərazisində axtarış tədbirləri həyata keçirib.

Nəticədə 2 minaatan qurğusu, 7 pulemyot, 4 avomat, xeyli sayda müxtəlif çaplı patron və digər sursatlar götürülərək aidiyyəti üzrə təhvil verilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR