İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağayi Ciddinin ciddi təbliğatı – Ona qul olanların aqibəti necə olacaq?

Artıq hamıya məlumdur ki, uzun illərdir İran tərəfindən Rusiyada yaşayan dindar soydaşlarımızı təsir dairəsində saxlayaraq Azərbaycan dövləti haqqında bədgümanlıq yaratmaq, Azərbaycana qarşı əks sevgi və nifrət oyatmaq üçün vəzifələndirilən şəxslərin başında İİR-nin Ali Dini Rəhbərinin Rusiyadakı nümayəndəsi Sabir Əkbəri Ciddi durur.

2014-cü ildən etibarən S.Ə.Ciddi təşkilatlanmış şəkildə, daha açıq desək, “Moskva İslam Mərkəzi” adlı qurumun xətti ilə Azərbaycana qarşı əks-təbliğatlar aparmaqdadır. Soydaşlarımızın təşkil etdikləri müxtəlif dini tədbirlərə qoşulub, Rusiyada yaşayan azərbaycanlı dindarların diqqətini çəkib və qeyri-qanuni olaraq onlardan bir neçəsini radikal dini qruplara cəlb edib. Bütün çıxışlarında söhbətinə dini mövzuda başlayan, sonda siyasətə keçərək moizələr edən Əkbər Ciddi sətiraltı cümlələrlə azərbaycanlı soydaşlarızmın beynini yuyub, öz vətənlərinə qarşı ikrah hissi oyadıb.

Maraqlıdır ki, İran İslam Respublikasının dini liderinin Rusiyadakı rəsmi nümayəndəsi olan Sabir Əkbər Ciddi niyə bağlı olduğu bu iki ölkənin dövlət dilində deyil, məhz Azərbaycan dilində çıxışlar edir? Niyə ətrafında sırf Rusiyada yaşayan dindar azərbaycanlıları toplayır?

Onlar bir şeyi unutdular ki, Rəbbimiz zahirən mələk, daxilən iblis olanları gec tez üzə çıxarar və əməllərini puç edər. Allahdan heç bir şey gizlin qalmaz, O, hər şeyi ən yaxşı eşidəndir və görəndir, pərdəli fələklərin pərdəsini açandır. Bəli, artıq Allah onların mənfur niyyətini üzə çıxarır və soydaşlarımıza bu işbazların əsl iç üzlərini göstərməyə başlayır. Əfsus ki, dini dinimizdən olan, danışanda bizi özlərinə “məzhəb qardaşı” bilən bir dövlət istər 2020-ci il Qarabağ savaşında, istərsə də ondan sonrakı dövrlərdə öz din qardaşına qarşı əhdə vəfasız çıxdı, arxadan zərbə vuraraq xəyanət etdi. Əli neçə-neçə günahsız azərbaycanlının qanına batmış erməni əlini sıxaraq dırnaqarası üzdə göstərdiyi qardaşlığını da ardan qaldırdı və öz mənfur niyyətini ortaya qoydu.

Bu məsələlərdən sonra Əkbəri Ciddi kimi işbazların din pərdəsi altında siyasi məqsədlərə xidmət etdiyi gün kimi aydındır. Daima özlərini Allah adamı, Allahın dinini təbliğ edən kimi göstərib, yaxşıca maskalanan Ə.Ciddi kimilər Allahdan ümidlərini üzüb Rusiya dövlətinə pənah aparıblar. Ancaq necə deyərlər, “sən saydığını say, gör fələk nə sayır”.

Sabir Əkbəri Ciddi və havadarlarının qurduqları xəyallar suya düşüb. Bu gün Taleh Yusifov adlı şəxs Rusiya xidmət orqanları tərəfindən Azərbaycan dövlətinə təhvil verilib. İnformasiyalı mənbələr bildirir ki, bu, hələ bir başlanğıcdır. Ağayi Ciddi və ətrafında olanlar bilsin ki, tək-tək hər biri Azərbaycan xalqına, dövlətinə qarşı etdikləri xəyanətə görə cavab verəcəklər. Taleh Yusifov kimi başqaları da var. Azərbaycanın hüquq-mühafizə orqanlarının hədəfində olan Fəxri İlyasov, Famil Cəfərov, Namiq Abbasov, Qurban Tağıyev və Zabil Məhərrəmov kimlərin məsuliyyətə cəlb edilməs planlaşdırılır və bu, artıq heç kəs üçün sir deyil

Adlarını sadaladığımız şəxslər görürlər ki, artıq ağaları olan Sabir Ciddi də onların imdadına yetə bilmir. Çünki istər o tayda, istərsə də bu tayda Sabir Ciddi kimi ikiüzlü “din xadimləri”nin sözü bitib.

Bundan əlavə, əldə etdiyimiz məlumatlara əsasən qeyd edək ki, yuxarıda adlarını sadaladığımız şəxslər və təbii ki, onların yol göstərəni Sabir Əkbəri Ciddi təkcə Rusiyada azərbaycanlıların üstünlük təşkil etdiyi məscidlərdə, mərkəzlərdə deyil, sosial şəbəklər vasitəsilə də Azərbaycana qarşı anti-fəaliyyət təbliğatı aparmaqdadırlar. Onların əlaltıları olan və özlərini onlara peşkeş edən Rafiq İsmayılov, Vüqar Yusifov, Həsən Zeynalov, Rəşad Məmmədov, İlkin Məmmədov, Nofəl Hacılı, Misirxan Qurbanov, Elxan və Urfan Qasımov qardaşları gecə-gündüz Azərbaycana qarşı antitəbliğatla məşğul olmaqdadırlar. Bu şəxslər sosial şəbəkələrdə öz ətrafına müəyyən bir kütlə yığaraq birbaşa Azərbaycanda yaşayan soydaşlarımıza müraciətlər edirlər. Azərbaycanda yaşayan müəyyən dindar insanları da öz vətənlərinə qarşı çıxmaqda təşviq etdirirlər. Daim vilayət, vilayəti fəqih kimi dini terminlərdən istifadə edib Azərbaycanda yaşayan dindar soydaşlarımızı təsir altında saxlamaq niyyətində olmuşlar.

Bu şəxslər oturub bir geniş şəkildə düşünsün ki, özünə xeyiri olmayan birindən nə mədəd ummaq olar axı?! Ataların yaxşı bir məsəli var “keçəl bir çarə bilsə öz başına yaxar”. Artıq hamı bunun şahididir ki, İran İslam Respublikası yalançı din asayişini öz əlində qoruyub saxlaya bilmir. Ağayi Ciddi kimi cəsuslar da bir-bir ifşa olunub cəmiyyət arasında büsbütün öz nüfuzunu itirməkdədir. Nə qədər ki, dini, müqəddəsləri öz mənafeləri üçün istifadə edəcəklərsə, bu cür üzü üstə yerlərdə sürünməyə məhkumdurlar. Onlara Azərbaycanı satan fəxrilər, namiqlər, famillər, qurbanlar, zabillər, talehlər anlasınlar ki, Allahın hökmü yaxındır. Çox təəssüf ki, onlar S.Ə.Ciddi kimi dinsiz, əqidəsiz birinə qoşularaq vətəni satıblar. Ancaq onlar da Taleh Yusifovun aqibətini yaşayacaqlar.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR