Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Ağ Evin sözçüsü Kerolayn Livitt bildirib ki, ABŞ hökuməti Elon Maskın ayrılmasından sonra da DOGE ilə əməkdaşlığı davam etdirəcək.
"The Guardian"ın məlumatına görə, Livitt brifinqdə çıxışı zamanı qeyd edib:
"İdarə heyətlərinin katibləri İlon Maskla çiyin-çiyinə çalışıblar və onlar DOGE-də siyasi təyinatla fəaliyyətə başlayan müvafiq əməkdaşlarla işi davam etdirəcəklər".
Jurnalistlərin "DOGE-in yeni rəhbəri kimdir?" sualına isə Livitt belə cavab verib:
"DOGE-in rəhbərləri — prezidentin kabinetindəki hər bir üzv və birbaşa prezidentin özüdür. Prezident ürəkdən istəyir ki, hökumətdə fırıldaqçılıq və sui-istifadə halları azalsın".
Musavat.com
30 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ