İnsanlara hürriyət, millətlərə istiqlal!

Abşeronda yol polisi qəzaya düşdü: yaralanan var - Foto

Abşeronda yol polisi avtomobili qəzaya düşüb.

Musavat.com-un Lent.az-a istinadən məlumatına görə, hadisə Xırdalan şəhərində, Bakı Mühəndislər Universitetinin qarşısında qeydə alınıb.

Abşeron rayon Dövlət Yol Polis Şöbəsinə məxsus avtomobil idarəetməni itirərək əvvəlcə "Ford" markalı maşına çırpılıb. Sonra “Ford” eyni istiqamətdə olan “BMW” markalı maşına dəyib. İdarəetmədən çıxan yol polisi avtomobili isə işıq dirəyinə dəyərək dayanıb.

Qəza nəticəsində “BMW” markalı maşında olan qadın sərnişin yüngül xəsarət alıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR