İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ və NATO ukraynalı pilotların “F-16”da təlimi ilə bağlı razılığa gəlməyib

Vaşinqton və onun avropalı müttəfiqləri Qərbin Kiyevə təhvil verəcəyi “F-16” döyüş təyyarələrini idarə etmək üçün ukraynalı pilotlara təlim keçmək planları ilə bağlı razılığa gələ bilməyiblər.

“Report” xəbər verir ki, bu barədə Amerikanın “Politico” qəzeti adı açıqlanmayan rəsmilərə istinadən məlumat yayıb.

Nəşrin əldə etdiyi məlumata görə, müzakirə olunan təkliflərdən biri də ukraynalı pilotların Arizona ştatının Tukson şəhərində yerləşən Milli Milli Hava Qvardiyası bölməsində təlim keçmək üçün ABŞ-a göndərilməsidir. Ancaq, bu fikir heç bir dəstək tapmayıb.

Digər plana əsasən amerikalı hərbi pilotlar Avropaya göndəriləcək və orada ukraynalı pilotlara təlim keçəcək. Amma bu qərar da hələ təsdiq olunmayıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR