Onlayn ictimai-siyasi qəzet
ABŞ və Çin orduları arasında birbaşa əlaqə xətti yaradılması barədə razılıq əldə olunub.
Musavat.com xəbər verir ki, bu barədə Pentaqon rəhbəri Pit Heqset məlumat verib.
ABŞ müdafiə naziri çinli həmkarı, admiral Donq Jun ilə Malayziyada məhsuldar görüş keçirib.
Görüş, ABŞ prezidenti Donald Tramp və Çin sədri Si Cinpin arasında Cənubi Koreyada baş tutan tarixi zirvə görüşündən sonra gerçəkləşib.
“Heç bir münaqişənin baş verməməsi və gərginliyin azaldılması üçün ordularımız arasında əlaqə kanalları qurmaq barədə razılığa gəldik. Tezliklə daha çox görüşlər planlaşdırılır. Tanrı Çin və ABŞ-ı qorusun!” – deyə Heqset sosial mediada yazıb.
Musavat.com
03 Noyabr 2025
02 Noyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ