İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Qırmızı dənizdə Yəmən husilərini vuracaq - əməliyyat hazırlanır

Gələn həftə Pentaqon Qırmızı dənizdə dəniz nəqliyyatını husilərin basqınlarından qorumaq üçün beynəlxalq əməliyyata hazırlıq barədə məlumat verəcək.

Musavat.com xəbər verir ki, bu barədə öz mənbələrinə istinadən “The War Zone” nəşri məlumat yayıb.

Əməliyyata hazırlığın başlanması ilə bağlı ictimaiyyətə açıqlamanın gələn həftə Yaxın Şərq turu zamanı ABŞ-ın müdafiə naziri Lloyd Ostin tərəfindən veriləcəyi gözlənilir. Bölgədə ona hərbi hava qüvvələrinin birləşmiş qərargah rəisləri komitəsinin sədri, general Çarlz Braun qoşulacaq.

Oktyabrın sonunda Yəmənin “Ənsarallah” üsyançı hərəkatı Fələstin xalqına dəstək tədbiri olaraq İsrailə qarşı hərbi əməliyyata başladığını elan edib.

İki həftə sonra qrupun lideri Qırmızı dənizdə İsrail gəmilərinə hücum edəcəyi ilə hədələyib, bundan sonra üsyançılar hərəkətə keçib. Daha sonra üsyançıların fikrincə, İsraillə əlaqəli olan və ya bu ölkənin limanlarına üz tutan gəmilər hücuma məruz qalmağa başlayıb.

Beynəlxalq media qeyd edir ki Yəmən husiləri öz hərbi, maddi və siyasi güclərini İrandan alırlar.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR