İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ ordusu Sankt-Peterburqdan 150 kilometr məsafədə yerləşəcək

ABŞ ordusu Sankt-Peterburqdan 150 kilometr məsafədə yerləşəcək. 

Musavat.com xəbər verir ki, Finlandiya Müdafiə Nazirliyi Amerika hərbçilərinə ərazi vermək üçün ABŞ ilə ikitərəfli müdafiə sazişi imzalayıb. Bu barədə Finlandiyanın ən böyük qəzeti "Helsingin Sanomat" yazıb.

Finlandiya Müdafiə Nazirliyinin rəhbəri Antti Hakkanen bildirib ki, müqavilədə Amerika hərbçilərinin istifadə edə biləcəyi 15 ərazi göstərilib, lakin onlar Rusiya ilə sərhədə yaxın yerləşən hərbi obyektlərdən istifadə edə bilməzlər.

Nazir ABŞ Ordusunun ölkədə yerləşdirilməsini zəmanət adlandırıb:  "Bu, NATO-ya üzvlüklə yanaşı, qonşumuz üçün də kifayət qədər güclü maneədir". 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR