İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ NATO-dan çıxacaq - Trampın ŞOK PLANI

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Konqresi atlataraq ABŞ-ı NATO-dan çıxarmaq üçün xarici siyasət sahəsində prezidentin səlahiyyətlərinə istinad edə bilər.

Musavat.com xəbər verir ki, bu barədə "Politico" qəzeti ekspertlərə istinadən məlumat yayıb.

Keçən il qəbul edilən qanun prezidentin ABŞ-ı alyansdan çıxarmaq qərarını Konqresin təsdiqi olmadan qəbul etməsinə icazə vermir, lakin Trampın bu qadağanı aşmaq üçün bir yolu ola bilər.

Brookings İnstitutunun elmi işçisi Skott Anderson bildirib ki, əgər prezident ABŞ-ı NATO-dan çıxarmağa cəhd etsə, Konqreslə "birbaşa konstitusiyalı mübahisə" yaradacaq.

Çikaqo Universitetinin hüquq fakültəsinin professoru Curtis Bradley isə bildirib ki, bu halda Konqresin qanunun gözardı edilməsi ilə bağlı məhkəməyə müraciət etməyə hüququ olub-olmadığı aydın deyil.

ABŞ Ali Məhkəməsi adətən icra orqanı ilə qanunverici orqan arasındakı institutlaşmış mübahisələrin siyasi məsələlər olduğunu və bu məsələlərin məhkəmə müdaxiləsi ilə deyil, siyasi proses vasitəsilə həll edilməsinin daha yaxşı olduğunu qərarlaşdırıb.

2016-cı il seçki kampaniyası zamanı Tramp xəbərdarlıq edərək Qərb müttəfiqlərini təşvişə salıb ki, ABŞ onun rəhbərliyi altında NATO müqaviləsi öhdəliklərindən imtina edə və yalnız 2024-cü ilə qədər ÜDM-in 2%-ni müdafiəyə xərcləyəcək ölkələri müdafiə edə bilər. "The Guardian" yazır ki, 31 NATO üzvü olan ölkədən yeddisi 2022-ci ilə qədər bu öhdəliyi yerinə yetirib. Bu ilin fevralında Tramp Rusiyanın hücumu zamanı maliyyə öhdəliklərini yerinə yetirməyən NATO ölkələrinə kömək etməyəcəyinə dair sözünü xatırladıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR