İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-la Avropanın qarşılıqlı ticarəti hansına sərfəlidir: Rəqəmlər nə deyir...

ABŞ-ın sərt ticarət şərtləri tətbiq edəcəyi gözlənilən Avropa Birliyi ilə qarşılıqılı iqtisadi əlaqələrini əks etdirən 3 əsas göstərici açıqlanıb.

Musavat.com iqtisadçı-ekspert Rövşən Ağayevə istinadən xəbər verir ki, söhbət qarşılıqlı mal ticarəti, xidmət ticarəti və investisiya qoyuluşlarından gedir.

Birinci göstərici üzrə ABŞ-da mənfi saldo var: “Qarşılıqlı mal ticarətində ABŞ-dan AB-yə ixrac təxminən 350 milyard avrodur. ABŞ-ın AB-dən idxalı isə 500 milyarda avrodan bir qədər çoxdur. Beləliklə, əmtəə ticarətinin saldosu ABŞ-ın zərərinə mənfi 150 milyard avrodur.

Qarşılıqlı xidmət ticarətində ABŞ-dan AB-yə ixrac təxminən 400 milyard avro, AB-dən idxal 300 milyard avrodur. Xidmət ticarətinin saldosu ABŞ-ın xeyrinə 100 milyard avrodur. Beləliklə də əmtəə-xidmət mübadiləsində ABŞ-ın ziyanına təxminən 50 milyard avroluq (mənfi) saldo var.

Qarşılıqlı birbaşa investisiya yatırımlarına gəlincə, tərəfin ümumi invesitiya dövriyyəsi 5,1 trilyon avroya yaxındır. Bunun 2,4 trilyon avrosu ABŞ-ın AB-yə, 2,6 trilyon avrosu isə AB-nin ABŞ-a birbaşa yatırımlarıdır”.

Qeyd edək ki, Tramp artıq Aİ-dən alüminium və polad idxalına 25 faiz əlavə rüsum tətbiq edib.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Fevral 2025

11 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR