İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ: İran uranı zənginləşdirə bilməyəcək – mümkün nüvə razılaşmasına şərt qoyuldu

ABŞ administrasiyası mümkün nüvə razılaşması çərçivəsində İranın uranı zənginləşdirməsinə icazə verməyəcək.

Musavat.com xəbər verir ki, bu barədə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff  açıqlama verib.

Onun sözlərinə görə, Vaşinqton İranla hərtərəfli və davamlı sülh sazişi imzalanacağına ümid edir, lakin bunun üçün Tehran tərəfindən konkret və ciddi öhdəliklər tələb olunur.

Uitkoff bildirib ki, uranın zənginləşdirilməsi məsələsi ABŞ üçün əsas qırmızı xətlərdən biridir və bu şərt razılaşma üçün danışıqların təməlində dayanır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR