İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-ın Ukraynaya dəstəkdən imtinası Asiya ölkələrini niyə narahat edib?

 

Tayvan: “Bu gün Ukrayna, sabah biz?”

“Tayvan ABŞ-la ittifaqın zəifləyə biləcəyindən narahatdır. Ada siyasətçiləri hesab edirlər ki, Ağ Ev administrasiyası Rusiyanın xeyrinə Ukraynaya dəstəkdən imtina edirsə, Çinin xeyrinə də Tayvanın müdafiəsindən imtina edə bilər”.

Bu sözləri Musavat.com-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

Politoloq qeyd edib ki, Çinə qonşu olan digər ölkələrin də ABŞ Prezidenti Donald Trampın xarici və təhlükəsizlik siyasətindən narahatlıqları var:

“Bu səbəbdən Yaponiya və Filippin Çinin bölgədə artan hərbi gücü qarşılığında təhlükəsizlik sahəsində əməkdaşlığı genişləndirməyə qərar veriblər. Bu iki dövlət ABŞ-ın bölgədəki müttəfiqləridir.

Yaponiya müdafiə naziri Gen Nakatani Filippinin müdafiə naziri Hilberto Teodoro ilə Manila şəhərində görüşərək Cənubi Çin və Şərqi Çin dənizində gərgin vəziyyəti müzakirə ediblər. Görüşdən sonra açıqlama verən Yaponiyanın müdafiə naziri iki ölkə arasında hərbi təlimləri artıracaqlarını bildirib. Bundan başqa iki ölkənin hərbi gəmilərinin bir-birlərinin limanlarına sərbəst daxil olması qərarlaşdırılıb. Yaponiya və Filippin bir-birləri ilə hərbi əhəmiyyət kəsb edən xəbərləşməni də genişləndirəcəklər.  

Elxan Şahinoğlu son çıxışı ilə özünü və “ağalarını” belə ələ verdi -  ƏTRAFLI | KONKRET

Filippin daha əvvəl ABŞ-la da oxşar müzakirələr aparmışdı. ABŞ Filippinə müasir silahlar satacağını bəyan etmişdi. Pentaqonun keçmiş rəhbəri Lloyd Ostin Maniliaya səfəri zamanı Çinin artan hərbi gücünə qarşı Filippinlə birgə hərbi təlimlər keçirəcəyini vurğulamışdı. ABŞ-da yeni administrasiyanın bu siyasəti davam etdirəcəyi proqnozlaşdırılır.

Yaponiyanın Şərqi Çin dənizindəki adalarla bağlı Çinlə mübahisəsi mövcuddur. Çinin hərbi gəmiləri həmin adalara tez-tez yaxınlaşırlar. Bu səbəbdən Yaponiya 2027-ci ilərə qədər hərbi xərclərini 5 dəfə artırmağa qərar verib. Bundan başqa Çinlə Filippinin patrul gəmiləri də bir neçə dəfə bir-birlərinə yaxınlaşıblar və bu hal gərgin vəziyyət yaradıb. Bu səbəbdən Yaponiya və Filippin ABŞ-a arxayın olmadan Çindən birgə qorunmağın yollarını araşdırırlar. Yaponiya Filippinlə yanaşı Avstraliya və Böyük Britaniya ilə də oxşar müzakirələr aparıb”.

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Mart 2025

BÜTÜN XƏBƏRLƏR