İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Dövlət Departamenti: “Yaxın günlərdə Brüsseldə Ermənistan və Azərbaycan arasında görüş planlaşdırılır”

“Yaxın günlərdə Brüsseldə Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişel təşkilatçılığı ilə Ermənistan və Azərbaycan tərəflərinin iştirak edəcəyi görüşün keçirilməsi planlaşdırılır”.

“Report” “Sputnik-Armenia”ya istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays gündəlik brifinqində deyib.

O, ABŞ-ın bu görüşdən nəticə gözlədiyini bildirib. N.Praysın sözlərinə görə, ABŞ Ermənistan-Azərbaycan danışıqlarına həddindən artıq nikbin yanaşmasa da, bu danışıqların keçirilməsini dəstəkləməyə çalışır.

“Biz çox nikbin olmağa çalışmırıq, lakin hərtərəfli həll istiqamətində bu dialoqu, bu diplomatiyanı dəstəkləməyə davam edirik”, - Dövlət Departamentinin sözçüsü əlavə edib.

Daha əvvəl ABŞ-ın dövlət katibi Entoni Blinken Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında danışıqlarda əhəmiyyətli irəliləyiş olduğunu açıqlamışdı.

“ABŞ bu prosesin davamlı olacağına ümid edir”, - N.Prays bildirib.

Xatırladaq ki, fevralın 18-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində ABŞ-ın dövlət katibi Entoni Blinken, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə üçtərəfli görüş keçirilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR