Onlayn ictimai-siyasi qəzet
Donald Tramp prezident seçildikdən sonra ABŞ-də qadınlar abort əleyhinə məhdudiyyətlərin tətbiqindən ehtiyat edərək kütləvi şəkildə abort həbləri almağa başlayıblar.
Musavat.com xəbər verir ki, bu barədə "The Washington Post" yazıb.
Qeyd edilir ki, "Aid Access" adlı böyük təchizatçı seçkilərdən sonrakı ilk 24 saat ərzində 10 min sifariş alıb ki, bu da adi günlərlə müqayisədə 17 dəfə çoxdur.
"Just the Pill" adlı qeyri-kommersiya təşkilatı abort həbləri üçün resept yazır və qeyd edir ki, 125 sifarişdən 22-si qeyri-hamilə qadınlardan gəlib ki, bu da nadir bir haldır. Bundan əlavə, abort həblərinin əlçatanlığı haqqında məlumat verən "Plan C" veb-saytı seçkilərdən sonrakı gün 82 200 ziyarətçi cəlb edib, adi günlərdə isə bu rəqəm təxminən 4000-4500 olurdu.
Qeyd edək ki, Donald Tramp LGBT və xüsusilə transgender icmalarına dair sərt siyasətlərini genişləndirməyi planlaşdırır. "Project 2025" adı ilə tanınan proqram "Cinsi dəyişdirmə əməliyyatları"nın maliyyələşdirilməsini dayandırır. Ölkə daxilində uşaqlar üçün "cinsiyyət dəyişdirmə əməliyyatı" qadağan edilir. Xəstələrə uşaqlar üzərində "cins dəyişdirmə əməliyyatları" aparmış "həkimlər" adlanan şəxsləri məhkəməyə verməyə imkan tanıyır. Federal hökumət yalnız doğum zamanı təyin edilmiş "kişi" və "qadın" cinslərini tanıdığını müəyyən edir.
Tramp həmçinin federal qurumlara bütün yaşlar üçün "gender keçidini" təşviq etməyi və ya maliyyələşdirməyi qadağan edən sərəncam verəcək.
Afaq,
Musavat.com
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ