İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-da təyyarə qəzası baş verib

Bazar günü Nyu-York ştatında tək mühərrikli “Piper PA 28” təyyarəsinin qəzaya uğraması nəticəsində bir nəfər ölüb, iki nəfər ağır yaralanıb.

APA-nın xəbərinə görə, bu barədə ABŞ Federal Aviasiya Administrasiyası məlumat yayıb.

Hadisə bazar günü yerli vaxtla saat 15:00 radələrində (Bakı vaxtı ilə 00:00) Lonq Aylenddə baş verib. Qəza zamanı təyyarənin göyərtəsində üç nəfər olub. Yerdə itki yoxdur.

Qəzanın səbəbləri araşdırılır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Sentyabr 2024

26 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR