İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-da Culian Assanjın məhkəməsi başlayıb

ABŞ-nin Saypan adasındakı Federal Dairə Məhkəməsində (Şimali Marian Adaları Birliyi) "WikiLeaks"in qurucusu Culian Assanj ilə bağlı məhkəmə iclası başlayıb.

“Report”un məlumatına görə, bu barədə “Reuters” agentliyi şahidlərə istinadən xəbər verir.

“Associated Press” agentliyi bildirib ki, dünyanın hər yerindən onlarla media nümayəndəsi iclasın gedişini işıqlandırmaq üçün məhkəmə binasının qarşısına toplaşıb, lakin onlar prosesə buraxılmır.

Bundan əvvəl Avstraliyanın “9News” telekanalı Assanjı Avstraliyanın ABŞ-dəki səfiri Kevin Ruddun müşayiət etdiyini bildirmişdi.

Xatırladaq ki, o, 2019-cu ildən bəri Böyük Britaniyadakı ciddi rejimli Belmarş həbsxanasında saxlanılıb və Ekvadorun Londondakı səfirliyindən qovulduqdan sonra orada yerləşdirilib. Vaşinqton beş ildən çoxdur ki, onun Londondan ABŞ-yə ekstradisiyasını istəyir, lakin Assanjın müdafiəsi bunun qarşısını almaq üçün yeni cəhdlər edib. ABŞ-də Assanj Amerika tarixinin ən böyük məxfi məlumatların açıqlanması hadisəsi ilə bağlı cinayətlərdə ittiham olunur.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR