Onlayn ictimai-siyasi qəzet
ABŞ Ukraynada atəşkəs sazişinə 20 aprelə qədər nail olmağı hədəfləyir, lakin iki tərəf arasında ciddi fikir ayrılıqlarına görə bu müddətin uzana biləcəyini qəbul edir.
Musavat.com xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Ağ Ev mart ayının əvvəlində Ukraynaya hərbi yardımların tədarükünü qısa müddətə dayandırsa da, bu məsələdə hələ ki, hər hansı məhdudiyyətlərə razılaşmayıb.
Rusiya prezidenti Vladimir Putin martın 13-də Belarus lideri Aleksandr Lukaşenko ilə danışıqlardan sonra keçirdiyi mətbuat konfransında Moskvanın Ukraynada döyüş əməliyyatlarını dayandırmaq təkliflərini dəstəklədiyini, lakin bu addımın uzunmüddətli sülhün təmin edilməsinə və münaqişənin əsas səbəblərinin aradan qaldırılmasına yönəlməli olduğunu bildirib.
Martın 11-də Səudiyyə Ərəbistanının Ciddə şəhərində ABŞ və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar aparılıb. Görüşün yekununda Ukraynanın ABŞ-ın 30 günlük atəşkəs təklifini qəbul etməyə hazır olduğu və Vaşinqtonun dərhal kəşfiyyat məlumatlarının ötürülməsinə qoyulan məhdudiyyətləri ləğv edərək Kiyevə hərbi yardımını bərpa edəcəyi barədə birgə bəyanat yayımlanıb.
Musavat.com
25 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ