İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ bu ölkədə vətəndaşlarına qarşı terror təhlükəsi görür –“Otelə hücum planlaşdırılır”

ABŞ səfirliyi bu həftə Pakistanın paytaxtında Amerika vətəndaşlarına qarşı həyata keçirilə biləcək terror aktları barədə xəbərdarlıq edib.

Azpost.info xəbər verir ki, xəbərdarlıq səfirliyin saytında dərc olunub.

“ABŞ hökuməti ekstremistlərin Yeni il ərəfəsində İslamabadda özəl oteldə amerikalılara hücum etmək niyyətində ola biləcəyi barədə məlumatdan xəbərdardır”, – xəbərdarlıqda deyilir.

ABŞ Pakistanın paytaxtında təhlükəsizlik qüvvələrinin terror təhlükəsi ilə əlaqədar yüksək hazırlıq vəziyyətinə gətirildiyini bəyan edib və əməkdaşlardan səfirlik ərazisini tərk etməməyi xahiş edib.

ABŞ səfirliyinin bu xəbərdarlığı dekabrın 23-də İslamabadda bir polis məmuru və bir yerli sakinin ölümünə səbəb olan partlayışından sonraya təsadüf edir. Terror hücumuna görə məsuliyyəti “Təhrik-e-Taliban Pakistan” quplaşması öz üzərinə götürüb.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR