Onlayn ictimai-siyasi qəzet
Böyük Britaniyaya daha bir, artıq sayca dördüncü amerikan “B-52H Stratofortress” strateji bombardmançı təyyarəsi gəlib.
Bu barədə “Gloucestershire Live” xəbər xidməti məlumat yayıb.
Nüvə silahı daşıya bilən bombardmançı təyyarələr İngiltərənin Ferford aviabazasında yerləşdirilib. Onların Şimali Dakota ştatındakı Minot aviabazasından köçürülməsi hələ çərşənbə axşamı başlayıb.
ABŞ Hərbi Hava Qüvvələrinin Avropadakı Komandanlığının məlumatına görə, bombardmançı təyyarələr “həmrəyliyi gücləndirmək və kollektiv imkanları təkmilləşdirmək” üçün müttəfiq hərbi hava qüvvələri ilə birgə təlim və təlim uçuşları seriyasında iştirak etmək üçün Avropada yerləşdirilir.
“Müttəfiqlərimiz və tərəfdaşlarımızla birgə təlimlər fasiləsiz inteqrasiyanı təmin edir, Avropada kollektiv çəkindirmə və döyüş potensialımızı gücləndirir”, – ABŞ-nin Avropadakı Hərbi Hava Qüvvələrinin əməliyyatlar və strateji çəkindirmə direktoru general-mayor Cozef Kampo bildirib.
Trans-Atlantik uçuşdan sonra Avropa səmasında olan ABŞ HHQ-nin ilk bombardmançı təyyarələri artıq Fransa, İsveç və Finlandiyanın qırıcı təyyarələri ilə birgə ilk planlı missiyanı yerinə yetiriblər.
Yerləşdirmə zamanı bombardmançı təyyarələr NATO müttəfiqləri və tərəfdaşları ilə inteqrasiya olmağa davam edəcək, bütün hərbi əməliyyatlar teatrında əməliyyat uyğunluğunu və fəaliyyət hazırlığını artırmağa yönəlmiş birgə təlim missiyaları keçirəcəklər. Bu inteqrasiya təcavüzü çəkindirmək və dəyişən təhlükəsizlik mühitinə uyğunlaşmaq üçün ABŞ-nin strateji qüvvələrinin dinamik yerləşdirilməsinin məşq edilməsinin vacibliyini vurğulayır./Report
21 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ