Onlayn ictimai-siyasi qəzet
“Azərbaycanla Ermənistan arasında sərhədlərin tənzimlənməsi mövzusu ya dalana dirənib, ya da yenidən pərdəarxası müzakirələr mərhələsindədir”.
Musavat.com xəbər verir ki, bu barədə Ermənistan parlamentinin revanşist deputatı Tiqran Abramyan yazıb.
“Ermənistan baş naziri Bağanis, Voskepar, Kirants bölmələrindəki əraziləri Azərbaycana verdikdən sonra sərhədlərin tənzimlənməsi prosedurunun Bakı ilə niyə hələ də razılaşdırılmadığını və əraziləri nə üçün verdiyi ilə bağlı heç bir izahat vermir. Paşinyanın “sabun köpüyü - tikanlı məftil” əməliyyatı altında ört-basdır etməyə çalışdığı Ermənistanın parça-parça ələ keçirilməsi prosesidir”, - deyə Abramyan qeyd edib.
Musavat.com
30 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ