İnsanlara hürriyət, millətlərə istiqlal!

66 yaşlı Madonna 28 yaşlı sevgilisi ilə görüntülərini paylaşdı

Avqustun 16-da ad gününü qeyd edən dünya şöhrətli pop müğənnisi Madonna Roma ətrafında gəzərkən çəkilmiş fotolar silsiləsini yayımlayıb. Bəzi kadrlarda sənətçi yeni sevgilisi 28 yaşlı futbolçu Akim Morrislə bigədir. Madonna kilsənin qurbangahında da Akimlə şəkil çəkdirib. "Arrivederci Roma! Dostlar və ailə ilə şanlı ad günü mərasiminin qeyd etmənin mükəmməl sonu! Ciao Italia”, deyə müğənni görüntülərə şərh yazıb.

"The Daily Mail" xəbər verir ki, Madonna İtaliyada olarkən dostları, modelyerlər Domeniko Dolçe və Stefano Qabbanın malikanəsində qalıb.

Madonnanın altı uşağı, Lourdes Leon, Rokko Riçi, Devid Banda, Mersi Ceyms, eləcə də əkizləri Stella və Ester onunla birlikdə İtaliyada istirahət ediblər. Madonna ad gününü orijinal şəkildə qeyd edib: müğənni Pompeydəki məşhur İtaliya arxeoloji sahəsinə şəxsi tur sifariş edib.

Sənətçi Romada gəzinti üçün çiçək naxışlı uzun libas və korset seçib. Görünüşünü çoxsaylı zinət əşyaları, qısa əlcəklər, vintage ayaqqabılar və ukraynalı dizayner Ruslan Baginskinin ağ kovboy papağı tamamlayıb. Bu, müğənninin kolleksiyasındakı çoxlu papaqlardan biridir. Madonnanın The Celebration Turu üçün Ukrayna brendi 50 fərqli papaq hazırlayıb.//Qaynarinfo

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

19 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR