İnsanlara hürriyət, millətlərə istiqlal!

6 aylıq səhvə nöqtə qoyulur? - Ukrayna bu yolla rus ordusunu "ütüləyəcək" - polkovnik AÇIQLADI

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına əsasən, müharibə başlayandan bəri Rusiya ordusunun 43 750 hərbçisi məhv edilib.

Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 1876 tank, 4141 zirehli döyüş maşını, 985 artilleriya sistemi, 261 reaktiv yaylım atəşi sistemi, 136 hava hücumundan müdafiə sistemi, 233 təyyarə, 195 helikopter, 787 PUA, 187 qanadlı raket, 15 gəmi, 3036 avtomobil texnikası və avtosistern, 92 xüsusi texnikadan ibarətdir.

f3c2034a-8b77-3ee0-a395-5c0d22446b1d_850.jpg (131 KB)

Ukrayna prezidenti Volodimir Zelenski əhaliyə videomüraciətində bildirib ki, Rusiya öz təbliğat illüziyalarının əsarəti altındadır və hələ də ümid edir ki, guya müxtəlif şantaj formaları ilə nəyəsə nail ola bilər.

0fb2e2f4-b3d7-3b4d-879f-9a5e5db779b5_850.jpg (81 KB)

Ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov Musavat.com-a açıqlamasında qeyd edib ki, 24 fevraldan bu yana Rusiya qarşısına qoyduğu nə strateji, nə də taktiki hədəflərə çata bilib.

b0f1c17e25fcfeadd0ca8e3984aa5c29.jpg (25 KB)

"Rusiya komandanlığını bu vəziyyətə salan onların özlərinə həddindən artıq böyük qiymət verməsidir. Onlar düşünürdülər ki, Rusiya dünyanın ikinci ən böyük dövlətidir, güclü orduları var. Ona görə də əllərini yanlarına salıb rahat şəkildə Ukraynaya qarşı hücuma keçdilər. Fevralın 24-də başladıqları o səhvi bu gün də davam etdirirlər. Rusiyanın itkilərinin sayı 43 mini ötüb. Qərbin Ukraynaya verdiyi müasir silahlar, HIMARS sistemləri, o cümlədən yeni təyyarələr, piyadaların döyüş maşınları, bir sözlə, ən müasir silahlar qarşısında Rusiya hər hansı bir uğur əldə etmək gücündə deyil.

HIMARS_DA-SD-07-43938.jpg (36 KB)

Rusiyanın itkiləri daha da artacaq. Bu müharibədə Rusiyanın heç bir şansı yoxdur. Nəzəri baxımdan bəziləri deyirlər ki, Rusiya hər şeyə nail olacaq, amma mən düşünürəm ki, Ukrayna ona verilən silahlarla Rusiyanı çox rahat şəkildə sadəcə "ütüləyəcək". Dünyanın ən ciddi – Britaniya kəşfiyyatı, ABŞ kəşfiyyatı, o cümlədən ciddi ekspertlər, politoloqlar belə yanaşırlar ki, Rusiya indiki məqamda maksimum bir nəfəslik əldə etməyə çalışır. Onlar bir neçə gün öncə 6 aylıq müharibəyə moratorium qoymaq adı ilə güc toplamaq üçün hərəkətə keçdilər. Ukrayna artıq tam şəkildə Luqansk və Donbası, o cümlədən də Krımı tam şəkildə azad edib 1991-ci ilin vəziyyətinə gətirməyə qədər savaşları davam etdirəcək. Kimin nə deməyindən asılı olmayaraq, hesab edirəm ki, bu savaşın qalibi Ukrayna olacaq".

Aytən Novruz
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR