İnsanlara hürriyət, millətlərə istiqlal!

3 ölkə OPEC+ hasilat kvotasını pozub

OPEC+ sazişində iştirak edən ölkələr noyabrda sutkada 35,23 milyon barel neft hasil edib.

Musavat.com OPEK-in hesabatına əsasən xəbər verir ki, noyabr ayı üçün nəzərdə tutulan hasilat kvotasından - 35,45 milyon bareldən azdır. Beləliklə, hasilat plandan 222 min barel aşağı olub.

OPEC-in aylıq hesabatına görə, sazişdə iştirak edən OPEC ölkələri noyabrda hasilatı sutkada 55 min barel - 21,22 milyon barelə qədər azaldıb, lakin bu, plandan 86 min barel artıq olub. OPEC-ə daxil olmayan ölkələr hasilatı sutkada 219 min barel artıraraq 14 milyon barelə çatdırsalar da, plandan 308 min barel aşağı olublar.

Bu arada, əvvəllər hasilat öhdəliklərini aşan ölkələr noyabrda da kvotaya əməl etməyiblər. Belə ki, İraq hasilatı sutkada 45 min barel azaldıb 4,04 milyon barelə endirsə də, bu, kvotadan 143 min barel artıqdır. Qazaxıstan hasilatı sutkada 202 min barel artırıb - 1,5 milyon barelə qədər, bu isə kvotadan 62 min barel artıq hasilat deməkdir.

Noyabrda Rusiya neft hasilatını sutkada 7 min barel azaldaraq 8,99 milyon barelə endirsə də, plandan 46 min barel çox olub.

Qeyd edək ki, OPEC+ çərçivəsində Azərbaycanın gündəlik hasilat kvotası 551 min bareldir. Noyabrda real hasilat bundan 65 min barel az olub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Fevral 2025

05 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR