İnsanlara hürriyət, millətlərə istiqlal!

3 azyaşlı məsciddə namaz qılan qadının telefonunu oğurlayıb qaçdı - VİDEO

Türkiyənin Bursa şəhərində ağlasığmaz hadisə yaşanıb.

Musavat.com xəbər verir ki, namaz qılan qadının mobil telefonunu oğurlayan 3 azyaşlı şəxs təhlükəsizlik kamerasına düşüb.

Polis hadisə ilə bağlı araşdırmalara başlayıb. Şübhəlilərin namaz qılırmış kimi davranmaları diqqət çəkib.

Ötən günün axşam saatlarında baş verən hadisədə kamera qeydlərində yaşları daha kiçik görünən 3 nəfər namaz qılan qadına yaxınlaşıb. Ətrafı yoxladıqdan sonra oğrulardan biri ortalıqda toplanan əşyaların yanında namaz qılmağa başlayıb. Telefonu saniyələr ərzində cibinə qoyan şəxs rəfiqəsinin köməyi ilə oradan uzaqlaşıblar. 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR