Onlayn ictimai-siyasi qəzet
Qax rayonunda bıçaqlanma hadisəsi olub.
Musavat.com xəbər verir ki, 15 yaşlı E.M. 2003-cü il təvəllüdlü Yusif Danyelə kəsici alətlə xəsarət yetirib.
Hadisənin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı baş verdiyi bildirilir.
DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan qeyd edilib ki, polis əməkdaşları tərəfindən əməli törətməkdə şübhəli bilinən yeniyetmə saxlanılıb. Müvafiq ekspertiza təyin olunub, araşdırmalar davam etdirilir.
18 Aprel 2025
17 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ