İnsanlara hürriyət, millətlərə istiqlal!

2030-cu ilə qədər BU KART bağlanacaq - Ekspertdən İLGİNC proqnozlar

“Rusiya strategiyası ermənilərin türk qorxusu üzərində qurulub. Bu səbəbi ortadan qaldırmaq üçün Ermənistanın Azərbaycanla sülh müqaviləsini imzalaması, Türkiyə ilə münasibətləri normallaşdırması lazımdır. Bu olmalıdır ki, qorxu aradan qalxsın, bununla bərabər, Rusiyaya ehtiyac ortadan qalxsın”.

Bu fikirləri “TV Müsavat”ın canlı efirində politoloq Sülhəddin Əkbər bildirib.

O qeyd edib ki, Qərb Qafqaza NATO üzvü olan Türkiyədən keçərək gəlməlidir:

“Bu səbəbdən Türkiyə ilə də, Azərbaycanla da işləyirlər ki, Ermənistanla sülh prosesini sürətləndirsinlər. Paşinyanın başqa yolu yoxdur, istəsə də, istəməsə də ən azı bu rolu oynamalıdır. Qərb Qarabağ ermənilərinin erməni cəmiyyətinə inteqrasiyasını istəyir. Onların bir hissəsi inteqrasiya olunacaq, kimlərin ki evi var, onlar orada qalacaq. Kimlər ki inteqrasiya oluna bilməyəcəklər, onlar Ermənistanı tərk edəcəklər. Məndə olan məlumata görə, artıq 13 min vətəndaş Ermənistanı tərk edib. Yüz minin artıq 13 mini yoxdur. Ümumiyyətlə, ermənilərin destruktiv potensialı tükənmək üzrədir. 2030-cu ilə qədər bu kart bağlanacaq. Bu vaxtadək Ermənistan məcbur qalacaq, Paşinyan getsə də, hakimiyyətə bir başqası gəlsə də o rolu oynasın. Orada 2 milyona yaxın adam qalsa, Ermənistan hakimiyyətinin uğuru sayıla biləcək. Bu baxımdan istəsə də, istəməsə də Ermənistanı sülh danışıqlarına getməyə məcbur edəcəklər”.

Afaq Mirayiq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR