İnsanlara hürriyət, millətlərə istiqlal!

"2024-cü ildə BRİKS-ə altı yeni ölkə qoşulacaq" - CAR prezidenti

Argentina, Misir, İran, BƏƏ, Səudiyyə Ərəbistanı və Efiopiya 2024-cü il yanvarın 1-dən BRİKS-ə qoşulacaq.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bunu Cənubi Afrika Respublikasının prezidenti Siril Ramaposa BRİKS-in 15-ci sammitindən sonra keçirilən mətbuat konfransında deyib.

“Biz Argentina Respublikası, Misir Ərəb Respublikası, Efiopiya Federativ Demokratik Respublikası, İran İslam Respublikası, Səudiyyə Ərəbistanı Krallığı və Birləşmiş Ərəb Əmirliklərini BRİKS-in tamhüquqlu üzvü olmağa dəvət etmək qərarına gəldik. Üzvlük 2024-cü il yanvarın 1-dən qüvvəyə minir”, - Cənubi Afrika lideri bildirib.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR