Onlayn ictimai-siyasi qəzet
İstanbulun Pendik bölgəsində 16 yaşlı qıza cinsi zorakılıq edən şəxs tibbi müayinə üçün aparıldığı xəstəxanadan qolu qandallı vəziyyətdə qaçıb.
Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, o, xəstəxana ilə üzbəüz evdə gizlənib.
Ev sahibi polisə məlumat verdikdən sonra həmin şəxs pəncərədən qaçmağa çalışıb. Lakin polis onun ayaqlarından tutaraq qaçmağa qoymayıb.
Həmin anlar kameralar tərəfindən qeydə alınıb.
Musavat.com
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ