Onlayn ictimai-siyasi qəzet
11 yaşlı çinli yeniyetmə Rubik kubunu yığmaqda yeni dünya rekordu müəyyənləşdirib.
Musavat.com xəbər verir ki, oğlan bunu cəmi 3,08 saniyəyə bacarıb.
Məlumata görə, bundan əvvəlki rekord 3,13 saniyə ilə 21 yaşlı amerikalı Maks Parka məxsus idi.
Yeni rekordçunun adı hələ açıqlanmasa da, onun bu göstəricisi sürətli Rubik kubu həvəskarları arasında böyük maraq doğurub.
Qeyd edək ki, Rubik kubu 1974-cü ildə macar heykəltəraşı və arxitektura müəllimi Ernö Rubik tərəfindən ixtira edilmiş mexaniki tapmacadır. Rubik kubunu ən qısa vaxtda yığmaqla bağlı bir çox yarışma keçirilir. İlk Dünya çempionatı 5 iyun 1982-ci ildə Budapeştdə təşkil olunub. Yarışı ABŞ-ın Los-Anceles şəhərindən qatılan vyetnamlı tələbə Minh Thai 22,95 saniyəlik müddətlə qazanıb.
Musavat.com
01 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ