Zurabyandan ŞOK ETİRAF: Paşinyanı devirmək mümkün deyil

“Erməni Milli Konqresi” ikinci və üçüncü prezidentlərin qüvvələri ilə bloka qoşulmayacağını açıqlayıb.

Musavat.com xəbər verir ki, bunu partiyanın sədr müavini Levon Zurabyan parlamentdə baş nazir Nikol Paşinyanın impiçmenti mövzusunda keçirilən dinləmələrdə bildirib.

Onun sözlərinə görə, Paşinyanın 7 illik hakimiyyəti ölkəni ciddi fəlakətə sürükləyib.

Lakin Zurabyan qeyd edib ki, onu devirmək mümkün deyil, çünki xalq “bir dırnağı o biri dırnağa dəyişmək” istəmir və əvvəlki hakimiyyətə dəstək verməyə hazır deyil.

“Xalq yalnız ciddi liderlik və Ermənistanın transformasiyası üçün konkret proqram görərsə, Paşinyana qarşı qalxacaq”, – deyə Zurabyan vurğulayıb.

Musavat.com

26.09.2025 16:22
668