"Bəzi iyrənc məxluqlara görə adam işindən diksinir. Məndən əl çəkin, gedin, gündəminizi qurun".
Musavat.com bakıvaxtı.az-a istinadən xəbər verir ki, bu sözləri teleaparıcı Zümrüd Bədəlova "Instagram" hesabındakı paylaşımında yazıb.
Bədəlova onun haqqında yazılan xəbərlərin başlıqlarından narahat olduğunu və bundan sonra heç kimə müsahibə verməyəcəyini qeyd edib:
"Bir də müsahibə üçün məni heç kim narahat etməsin. Murdarsınız! Yalan-dolan, əxlaqınıza uyğun başlıqlarla guya bomba iş görürsünüz. Sizə yazığım gəlir. Mənim dünya-aləm vecimə deyil. Allahım yaşayışımı da, ürəyimi də bilir. Çox şükür, həyatımdan məmnunam. Amma siz yanacaqsınız. Necə ki, yanırsınız. Qoyduğunuz başlıqlar kimi həyatınız da boşdur. O başlıqlarla, şərhlərlə qazandıqlarınız burnunuzdan gəlsin".