Zümrüd ATV-də bu verlişi aparacaq

"Azad Azərbaycan" telekanalında efirə çıxmağa hazırlaşan aparıcı Zümrüd Bədəlova yeni verilişindən danışıb.

Musavat.com bildirir ki, bu barədə o, OLAY-a özəl açıqlama verib.

Proqramının adını və yayım saatını açıqlayan Bədəlova bunları söyləyib:

"Doğrudan da həyəcanlıdır. Əslində mənim üçün yeni kanal deyil. Doğma yurduma qayıtmışam. Bu mövsüm yeniliklər olacaq. İnşallah studiyamız hazır olsun. Əslində oktyabrın 20-nə qədər efirdə olmalıyıq. Sadəcə komanda yığmaq məsələsi uzanır. Bir də studiyamıza əl gəzdiririk. Gec olsun, amma yaxşı olsun. Gündəlik efirdə olacağıq. Hər gün iki saat olacaq. Günorta saatlarında yayımlanacaq. Elə verilişimiz də "Gün ortası" adlanacaq. Fərqlilik olacaq. Bilirsiniz ki, çalışdığım kanallarda gündəlik efirə bərabər maqazin verilişlərini, xəbərlərini atmamışam. Maqazin xəbərləri verməyi çox sevirəm. Bu dəfə fərqlilik o olacaq ki, gündəlik efirlə maqazini birləşdirəcəyik. Hər gün maqazin olacaq".

Qeyd edək ki, Z. Bədəlova bu sezon uzun illərdir çalışdığı ARB TV-dən ayrılıb.

12.10.2024 13:48
5589