Xalq artisti Zülfiyyə Xanbabayeva repertuarında oxumaq istəmədiyi mahnıların olduğunu deyib.
Oxu.Az xəbər verir ki, bu barədə “Söhbət var” verilişində danışan sənətçi həmin ifalarından birinin adını açıqlayıb.
“Mənim repertuarımda bəyənmədiyim mahnılar da olub. Əlbəttə ki, heç kim məni onu oxumağa məcbur edə bilməz. Xətir söhbəti olub arada. Həmin mahnılar hit olub. Onlardan biri “Anladım sonunda” mahnısıdır. Mahnını yazdım, bitirdim, Gövhər Həsənzadənin mahnısı idi. Sonra çıxdım dedim ki, bu mənim mahnım deyil. Bir neçə müğənniyə getdi, gördülər ki, mən oxumuşam qəbul etmədilər. 31 dekabrda yeni il çəkilişi idi, mahnını oxudum. Dedim mahnını bir dəfə verirsiniz, onunla da bitdi. Mahnı oldu hit. Bu günə qədər o mahnı dinlənilir”, - deyə Xalq artisti söyləyib.
Ətraflı videoda: