Zülfiyyə hədiyyə olunan 180 minlik maşından imtina etdi

Aşıq Zülfiyyə İbadova ona hədiyyə edilən 180 minlik avtomobili qəbul etməyib.

İfaçı bu haqda "Xəzər axşamı" verilişində deyib. O bildirib ki, bir neçə gün əvvəl müğənni Şəbnəm Tovuzluya avtomobil hədiyyə edən iş xanımı bundan əvvəl ona da eyni jesti edib:

"Dedi ki, maşın istəyirəm, sən seç. Mən də o vaxt yeni çıxan bir 180 minlik maşını almaq istəyirdim. Dedim, ondan al. Sən demə, mənə ad günümə maşını hədiyyə edirmiş. Amma mən onu qəbul etmədim və məndən incidi".//axşam.az

18.11.2023 18:04
10268