Zukerberq seçkidə onu dəstəkləyəcək - Sonuncudan təkzib gəldi

ABŞ-ın keçmiş prezidenti Donald Tramp “Meta” texnologiya şirkətinin baş direktoru və qurucusu Mark Zukerberqin ona builki seçkilərdə Demokratlara səs verməyəcəyini deyib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “The Hill” qəzeti məlumat yayıb.

"Bilirsiniz, mənə həqiqətən tanımadığım insanlardan çox yaxşı zənglər gəldi. Bunlardan biri Mark Zukerberq idi. Mənə dedi ki, əvvəllər heç vaxt Respublikaçı namizədi dəstəkləməyib, lakin bu seçkidə onlara səsə verməyəcəm. Sənin etdiklərini gördükdən sonra sənə qarşı döyüşən insanlara heç vaxt səs verməyəcəyəm", - deyə respublikaçı namizəd müxbir Olivia Nuzziyə müsahibəsində bildirib.

Lakin maraqlıdır ki, “Meta” şirkətinin sözçüsü Trampın Zukerberqlə bağlı hekayəsini təkzib edən açıqlama yayıb.

“Markın açıq şəkildə dediyi kimi, o, bu yarışda heç kimi dəstəkləmir və necə səs verməyi planlaşdırdığını heç kimə deməyib”, - deyə açıqlamada qeyd olunub.

Musavat.com

10.09.2024 14:30
318