Ziyarətgahda terror aktı törətmək istəyən İŞİD üzvləri tutuldu - FOTO

Qumda terror aktı törətməyi planlaşdıran İŞİD üzvləri təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

Musavat.com APA-ya istinadən bildirir ki, bu barədə İran mediası məlumat yayıb.

İŞİD-Xorasan qruplaşmasının iki üzvü Qum şəhərində ziyarətgaha daxil olarkən tutulub. Onların terror əməliyyatı keçirməyi planlaşdırdığı bildirilib.

Hələ ki rəsmi açıqlama verilməyib.

 

02.04.2024 15:23
1579