Azərbaycanın NATO Parlament Assambleyasındakı nümayəndə heyətində dəyişiklik olub.
Musavat.com modern.az-a istinadən xəbər verir ki, yeni çağırışdan NATO Parlament Assambleyasındakı nümayəndə heyətinə Ramid Namazov rəhbərlik edəcək.
Qeyd edək ki, bundan əvvəl Ziyafət Əsgərov Azərbaycanın NATO PA-dakı nümayəndə heyətinin rəhbəri olub. O, yeni çağırışda Milli Məclis sədrinin müavini vəzifəsinə seçilib.