Ziya Zakir Acar: “Azərbaycan və Türkiyə qarşılarına çıxan hər cür əngəli...”- SENSASİON MÜSAHİBƏ- VİDEO

İğdır-Azərbaycan Dil, Tarix və Kültür Birliyini Yaşatma Dərnəyi sədri, İğdır Azərbaycan Evinin rəhbəri və Beynəlxalq Qarabağ Təşkilatının koordinatoru Ziya Zakir Acar Musavat.com-a geniş müsahibə verib.

Diqqətli oxucularımız yəqin ki, xatırlayır, əslən İrəvan azərbaycanlısı olan Ziya bəylə ötən zamanlarda da müsahibələrimiz olub. Dəyərli Türk aydını Azərbaycan və Türkiyənin milli və dövlət maraqları uğrunda hər zaman yorulmadan çalışıb. Bundan öncə Bakıda görüşərkən bildirmişdi ki, Dünya Azərbaycanlılarının Şuşada keçirilən qurultayı zamanı Xankəndiyə həsrət-həsrət baxıb və tezliklə bayrağımızın həmin ünvanda da dalğalanması üçün dua edib.

Bu də İğdır Azərbaycan Evində görüşdük. Beynəlxalq Qarabağ Təşkilatının və İğdır Azərbaycan Evinin birgə təşkilatçılığı ilə keçirilən Zəngəzurun dünəni və bu günü adlı konfranslar arasında imkan tapıb söhbətləşdik. Ürəyi Azərbaycan və Türkiyə ilə birgə döyünən, gecə-gündüz çalışan Ziya Zakir bəy Azərbaycan hökumətinin, Diasporla İş üzrə Komitənin dəstəyi ilə İğdırın mərkəzində çox gözəl bir ev qurub, icaq çatıb, içəri ayaq basanda Azərbaycanda gəldiyini zənn edirsən. İki qatlı bu məkanda qardaş ölkələrin liderləri, prezidentlərinin fotoları, qoşa bayraqlarımız, musiqi alətlərimiz, milli geyimlərimiz, çoxsaylı sənət əsərləri nümayiş olunur. Çox böyük istedad sahibi olan, onlarla şeir kitabının müəllifi şair Ziya bəyin həm də böyük rəssam olduğunu bu dəfə kəşf etdik. Öz portretini elə möhtəşəm yaradıb ki…Digər əsərləri də eynilə…Arxivində çoxsaylı foto nümunələr var, Ümid körpüsünün açılması mərasiminə aid fotolar isə nadir nüsxələrdir. Ziya bəyin öz əlləri ilə Ağrı dağının ətəklərindən topladığı çiçəklərdən dəmlənmiş çayı içib, Qərbi Azərbaycan mövzusu, Zəngəzur dəhlizi, Turan dünyası, Xankəndi səfərindən və digər məsələlərdən bəhs edən müsahibəyə başlayırıq:

 

Elşad Paşasoy,
Musavat.com

23.10.2023 11:38
1657