Əri ilə birlikdə dövlətə xəyanətdə ittiham olunan Kalininqrad sakini Antonina Zimina qaldığı həbsxanada hüquqlarının sistematik şəkildə pozulması səbəbindən biləklərini kəsib.
Musavat.com xəbər verir ki, bu barədə Ziminanın qohumları ondan aldığı məktub əsasında məlumat yayıblar.
Ziminanın sözlərinə görə, oktyabrın 25-də özünü pis hiss edib və koloniya işçilərindən həkim çağırmağı xahiş edib. Əvəzində isə qadın izahlı qeydlər yazmağa məcbur edilib.
"Üç kağız parçası alıram, hər birinə "Ziminadan Qorşkova (həbsxana rəisi) və "İzahat qeydi" yazıram, bıçaq çıxarıram, qolumu bir böyük kəsiklə dirsəkdən biləyimə qədər kəsirəm. Əlimə üç izahat yazısı götürüb qan içində geri verirəm", - deyə məktubda yazılıb.
Qeyd edək ki, Antonina Zimina cəzasını Leninqrad vilayətindəki Ulyanovka həbsxanasında çəkir.
Xatırladaq ki, A. Zimina və onun əri Konstantin Antonts 2020-ci ilin dekabrında məhkəmə tərəfindən dövlətə xəyanətdə təqsirli bilinib və onlara müvafiq olaraq 13 və 12 il yarım müddətinə ciddi rejimli azadlıqdan məhrumetmə cəzası verilib. İş qonaqlardan biri, FTX zabiti Maksim Denisenkonun Zimina və Antontsun toyunun videosuna düşməsindən sonra başlayıb. Denisenko Ziminanın sinif yoldaşı imiş. Müdafiə tərəfi onun sərxoş olduğunu və kəşfiyyat xidmətindəki işi barədə hər kəsin yanında danışdığını iddia edib. İstintaqa görə isə evli cütlük gizli məlumatları Latviya kəşfiyyatına ötürüb.
Musavat.com