Zığ şosesi yaxınlığında açıq ərazi yanır

Bakının Suraxanı rayonunda, Zığ şosesi yaxınlığında açıq ərazidə yanğın başlayıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə sözügedən ünvanda yanğın baş verməsi barədə məlumat daxil olub:

“Əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Yanğının söndürülməsi istiqamətində işlər gedir”.

08.07.2025 17:30
326