“Mən dünyada heç kimə inanmıram. Hamı məni aldadıb. Yaxında, ətrafda inandığım adam görmədim. Övladlarıma 80 faiz inanıram. Əlindən hər şeyi versən, hər şey gedər”.
Musavat.com xəbər verir ki, bunu “TV Musavat”ın canlı efirində “Şərurlu İsfəndiyar” kimi tanınan İsfəndiyar Axundov deyib.
“Bu günə qədər əlimdən tutub nəyəsə kömək edən insan olmayıb. Əslən Dərələyəzdənəm. Sonradan ailəmiz Şərura köçüb. Xatirəmdədir, balaca idim, 8 uşaq idik. Yemək yox idi. Zibillikdən batareya tapıb, onu sürtdüm, təzə adına satdım və çörək aldım”.
Şahanə Rəhimli
Musavat.com