Zibil qabındakı yararsız vəziyyətə düşən pullar - VİDEO

Sosial şəbəkələrdə manatla bağlı ürəkağrıdan video yayılıb.

Musavat.com BAKU.WS-a istinadən xəbər verir ki, görüntülərdə Azərbaycanın milli pul vahidi olan müxtəlif əsginaslar öz əskini tapıb. Əzilmiş və parçalanmış vəziyyətdə olan xeyli sayda 1, 5 və 50 AZN olan pul vahidləri paytaxtdakı zibil qutlarından birində aşkarlanıb. 

Milli valyutanının acınacaqlı halını əks etditən görüntülər onlayn platformalarda paylaşılaraq səs-küy yaradıb.

Belə ki, pulların zibil qabına atılması sosial şəbəkə istifadəçilərini qəzələndirib. Onlar əsginasların banklarda yenisi ilə əvəzlənə biləcəyi halda, zibil qabına atılmasına etiraz ediblər.

 
12.08.2022 14:20
1609