Əməkdar artist Mehriban Xanlarova bibisi, Xalq artisti Zeynəb Xanlarova ilə bağlı sualları cavablandırıb.
Aktrisa aktyor Kamran Ağabalayevin "Qapqara" yutub layihəsində qonaq olarkən bu haqda danışıb.
Xanlarova K.Ağabalayevin "Hər bir sahədə hər kəsin bir "dayı"sı olmalıdır. Bunu isə görə-görə gəlirik. Çox maraqlıdır ki, bibiniz (Xalq artisti Zeynəb Xanlarovanı nəzərdə tutur - red.) sizə "dayı" ola bilmədi" sualına belə cavab verib:
"Kamran, illərdir ki, bu sənətdə addımlayırsan, sənin "dayı"n var? Əgər bizim istedadımız varsa, içimiz dolub daşırsa və bu gün də rejissorlara lazımıqsa, o zaman "day-daya" nə ehtiyacımız var?" (Axşam.az)