Bakıda yerləşən “Hollivud” restoranında bıçaqlanma hadisəsi baş verib.
Hadisə bir neçə gün əvvəl qeydə alınıb. Restorandakı insident zamanı Usubov Zeynal Mütəllim oğluna bir neçə bıçaq zərbəsi vurulub.
Faktla bağlı Binəqədi rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb. İstintaq davam edir.
Məlumat üçün bildirək ki, restoranın sahibi kimi tanınan iş adamı Şərurlu İsfəndiyar Pravda.az-a açıqlamasında bıçaqlanmadan xəbərsiz olduğunu deyib: “Hollivud” restoranını 10 illik icarəyə vermişəm. Hadisədən xəbərim yoxdur. Mənə heç nə deməyiblər...”
Yerli mətbuatda yayılan məlumatlara görə, bıçaqlanaraq ağır bədən xəsarətləri alan Zeynal Usubov uzun müddət prokurorluq orqanlarında çalışıb, Nərimanov rayon prokurorunun sabiq müavini olub. (Qafqazinfo)