Zəvvarları daşıyan avtobus İraqda qəzaya uğrayıb, 10 nəfər ölüb

 İran zəvvarlarını aparan avtobusun qəzaya uğraması nəticəsində 10 nəfər ölüb, 10 nəfər yaralanıb

Bunu İranın Qızıl Aypara Cəmiyyətinin Fövqəladə Əməliyyatların İdarəetmə və Koordinasiyası Mərkəzinin direktoru Hüseyn Derəxşən bildirib.

Onun sözlərinə görə, 2 avtomobil və bir yük maşını İran zəvvarlarını aparan avtobusla toqquşub. Yaralılar İranın İraqla sərhədində yerləşən Şalamçe şəhərində hospitala yerləşdiriliblər. avtobus İraqda qəzaya uğrayıb, 10 nəfər ölüb//Report

05.09.2023 13:50
699