Zərif helikopter qəzası ilə bağlı ABŞ-ı günahlandırdı

İranın keçmiş xarici işlər naziri Məhəmməd Cavad Zərif prezident İbrahim Rəisinin ölümünə səbəb olan helikopter qəzası ilə bağlı ABŞ-ı günahlandırıb.

Musavat.com-un xəbərinə görə, Məhəmməd Cavad Zərif yerli mediaya bildirib ki, Beynəlxalq Ədalət Məhkəməsinin qərarına baxmayaraq, Birləşmiş Ştatlar İrana təyyarə, helikopter və ehtiyat hissələrinin satışını qadağan edib.

"Bu hadisə ABŞ-ın İrana qarşı cinayətləri siyahısına daxil ediləcək. Prezidentin helikopterinin qəzaya uğraması ilə bağlı faciədə ABŞ günahkardır", - deyə Zərif bildirib.

Nigar HƏSƏNLİ,
Musavat.com

20.05.2024 13:41
2875