Zəngilan su hövzələrinin çoxluğu ilə fərqlənən rayonlarımızdan biridir.
Rayonda müalicəvi bulaq kimi tanınan "Qotursu" Tağlı kəndinin ərazisində yerləşir.
Bulağın adının tarixçəsinə gəldikdə isə, deyilənlərə görə, kənddə qotura yoluxmuş xəstə heyvan bu bulağın suyundan içdikdən sonra sağalıb və ondan sonra hər kəs bu bulağı "Qotursu" adlandırıb.