Zəngilanda erməni təxribatı və Paşinyana xəbərdarlıq - VİDEO

“Caliber”in növbəti süjeti Ermənistan silahlı qüvvələrinin Zəngilan istiqamətində törətdiyi təxribata, ardınca Azərbaycan Dövlət Sərhəd Xidmətinin bölmələrinin həmin təxribata cavab olaraq keçirdiyi “Qisas əməliyyatı”na, həmçinin baş verən hərbi qarşıdurmanın siyasi nəticələrinə həsr edilib.

Müəllif süjetdə xatırladır ki, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı dəfələrlə qarşı tərəfin diqqətinə çatdırıb ki, hərbçilərimizin qisası alınacaq və onların qanı yerdə qalmayacaq.

“Biz buna təkcə Vətən müharibəsində deyil, o cümlədən Fərrux əməliyyatı, Sarıbaba-Qırxqız və digər hərbi əməliyyatlarda şahidlik etdik”, - deyə müəllif qeyd edir.

Süjetin davamında qeyd olunur ki, Azərbaycan-Ermənistan şərti sərhədinin Zəngilan istiqamətində baş vermiş sonuncu təxribata görə Ermənistanın siyasi hakimiyyəti məsuliyyət daşıyır.

Müəllif bildirir ki, Nikol Paşinyan sərhədə müşahidəçiləri göndərməklə, müxtəlif təşkilatları səfərbər etməklə, guya ölkəsi üçün təhlükəsizlik zəmanətini təmin etməyə çalışır, lakin Ermənistanın baş naziri unudur ki, həmin qüvvələr yaranacaq istənilən gərgin vəziyyətdə Ermənistanı meydanda tək qoyacaqlar.

Daha ətraflı “Caliber”in növbəti süjetində:

14.02.2024 17:53
867