Zəngəzurda İrana məxsus avtobus aşıb - ölənlərin sayı artıb - YENİLƏNİB

İLK YAYIMLANMA ZAMANI - 27 APREL: 19:28

Ermənistanda İrana məxsus dövlət nömrə nişanlı avtobusun dərəyə aşması nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb.

Musavat.com xəbər verir ki, yaralı sayı isə 6 nəfərdən 9-a yüksəlib.

Xilasetmə işləri davam edir.

***

Ermənistanda İrana məxsus dövlət nömrə nişanlı avtobusun dərəyə aşması nəticəsində 3 nəfər ölüb.

Hadisə Gorus-Qafan yolunda baş verib.

Hadisə zamanı 6 nəfərin yaralandığı da bildirilib.

Əraziyə xilasedicilər və təcili yardım briqadalı cəlb olunub. Fakt araşdırılır. (APA)

***

Zəngəzurda İrana məxsus avtobus aşıb.

Minval.az saytının məlumatına görə, hadisə yerində xilasedicilər və təcili tibbi yardım əməkdaşları işləyir.

Hadisə şahidlərinin sözlərinə görə, ölən və yaralananlar var. 

Musavat.com

28.04.2024 00:25
1723