Bu gün səhər saatlarında Ermənistanın Sünik vilayətində baş verən qəzada yaralanan hərbçilərin sayı 5-ə çatıb.
Bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
***
Zəngəzurda tərxis olunmuş erməni hərbçilərini daşıyan maşın aşıb. Nəticədə 2 nəfər ölüb, 3 nəfər yaralanıb.
Musavat.com bu barədə "Sputnik Armenia"ya istinadən xəbər verir.
Ermənistan Daxili İşlər nazirinin müavini Narek Sərkisyanın verdiyi məlumata görə, maşının aşması nəticəsində sürücü və digər hərbçilərdən biri ölüb, digər 3 hərbçi yaralanıb.
Bildirilib ki, hadisə Sünikin Qorayk rayonunda baş verib.
Qəza ilə bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.
Musavat.com